Avstraliya polisi erməni təxribatının qarşısını alıb

Məmmədzadə Zərintac 24/07/2020



Azərbaycanın Avstraliyadakı səfirliyinə qarşı ermənilərin növbəti təxribatının qarşısı Avstraliya Federal Polisi  alıb.

"XəbərBuro" xəbər verir ki, 24 iyulda erməni icmasının nümayəndələri radikal ənənələrini davam etdirərək Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyi önündə aksiya keçiriblər. "Erməni Gənclər Federasiyası” hər zamankı  kimi qeyri-konstruktiv çağırışları və plakatları ilə yalan məlumatlar yaymağa çalışıblar.

Radikal ermənilərin son günlər xaricdəki Azərbaycan diplomatik missiyalarına və icmasına qarşı vəhşiliklərindən və vandal hərəkətlərindən məlumatlı olan Avstraliyanın hüquq-mühafizə orqanları mümkün təxribatların qarşısını almaq üçün müvafiq tədbirlər görüb, səfirliyin inzibati binasının qarşısında canlı kardon təşkil edib.

Bundan bir neçə gün əvvəl iyulun 18-də yerli vaxtla səhər 6:50 radələrində bir qrup naməlum şəxs qanunsuz olaraq səfirliyin inzibati binasının ərazisinə daxil olaraq, təxribatçı əməllərə yol verib. Təxribatçılar sonradan öz hiyləgər və barbar "şücaətlərini” sosial media hesablarında paylaşmış və həmmillətlərini Azərbaycan səfirliyinə qarşı təxribatçı əməllərə təşviq edib, hətta bəziləri səfirliyin binasını yandırmağa belə çağırmaqdan çəkinməyib.

Sözügedən təxribatçı əməl barədə Avstraliya Federal Polisi müvafiq təhqiqat apararaq zəruri tədbirlər görüb.

Azərbaycanın Avstraliyadakı səfirliyinə qarşı ermənilərin mümkün təxribatlarının qarşısı Avstraliya Federal Polisi  qətiyyətlə alıb.