Avropanın ən böyük hava limanlarından biri fəaliyyətini bərpa edib

Nadir Hüseynov 26/06/2020

Parisdə 3 aya yaxın bağlı qalmış Orli hava limanı fəaliyyətini bərpa edib.


"Xəbərburo" Trend-ə istinadən bildirir ki, bu gün hava limanından ilk olaraq "Transavia" şirkətinin təyyarəsi Portuqaliyanın Porto şəhərinə uçub.


Təyyarə havaya qalxarkən, uçuş-eniş zolağında yanğınsöndürmə maşınları reysi rəmzi olaraq su şırnaqları ilə yola salıbar.


Hələlik, hava limanının bir terminalı fəaliyyət göstərəcək. Digər terminalların nə zaman açılacağı barədə məlumat verilməyib


Qeyd edək ki, Avropanın ən böyük hava limanlarından olan Orli hava limanı koronavirus pandemiyası ilə əlaqədar martın 31-də bağlanmışdı. Bu müddət ərzində çarter reysləri Şarl de Qoll aeroportundan həyata keçirilirdi