Avropa Liqasında təmsilçimiz olacaq futbolçu Dmitro Klots ilə müqavilə imzalayıb

Məmmədzadə Zərintac 07/08/2020


Avropa Liqasında ölkəmizi təmsil edəcək “Keşlə” klubu ukraynalı futbolçu Dmitro Klots ilə müqavilə imzalayıb.

"XəbərBuro" xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər paytaxt təmsilçisinin şərəfini qoruyacaq.

 Klots karyerası müddətində ancaq Ukraynanın “Karpatı” klubunda çıxış edib. 

O, beş ildə Ukrayna Premyer Liqası çərçivəsində 106 oyun keçirib və bir qol vurub.