Avqust ayının ilk iş həftəsi hava belə olacaq - Şimşək, yağış...

Mükafat İsazadə 30/07/2022

Avqustun 1-dən 5-dək əsasən gündüz saatlarında Azərbaycanın bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Bu barədə "XəbərBuro"a  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.


Şərq küləyi arabir 15-18 m/s olacaq.


Çaylarda sululuğun artacağı ehtimalı var.