ATU- nun 100-ə qədər əməkdaşı koronavirusa yoluxub

Nadir Hüseynov 07/07/2020

"Tibb Universiteti 100-ə qədər əməkdaş təhlükəli Covid-19 infeksiyasına yoluxub".


Bunu Azərbaycan Azərbaycan Tibb Universiteti I cərrahi xəstəliklər kafedrasının, eləcə də Transplantalogiya şöbəsinin dosenti, cərrah Ədalət Rüstəm deyib:


"Tibb Universiteti Koronavirus pandemiyasi ilə mübarizə prosesində ən çox zərərçəkmiş qurumdur, ən çox töhfə verən qurumdur. Bu universitetin 2 ən nəhəng və modern klinikası (Tədris terapevtik və Tədris Cərrahiyyə) bütün kollektivləri ilə birgə, 1000-dən artıq əməkdaşı ilə bu mübarizəyə qoşulub. Artıq 100-ə qədər əməkdaş təhlükəli Covid-19 infeksiyasına yoluxub. Yalnız son həftə ərzində Tədris Cərrahiyyə klinikasının reanimasiya və intensiv terapiya şöbəsinin müdiri sanballı mütəxəssis Cavid Paşayev daxil olmaqla şöbənin 21 əməkdaşı infeksiyaya yoluxmuş və işlədikləri xəstəxanada müalicə olunurlar. Allah onlara, bütün həkimlərimizə, tibb işçilərinə, texniki işçilərə və bütün xəstələrimizə yardım etsin! Amin