ATU iki əməkdaşının koronavirusa yoluxması ilə bağlı iddialara münasibət bildirdi

Nadir Hüseynov 19/06/2020

Azərbaycan Tibb Universiteti (ATU) Onkoloji Klinikasında çalışan iki həkimin koronavirusa yoluxması ilə bağlı iddialara aydınlıq gətirib.


Universitetdən "Xəbərburo"-ya daxil olan məlumatda bildirilir ki, bir neçə gündür KİV-də ATU-nun Onkoloji Klinikasının həkimi, dosent Fikrət Namazovun və həkim İndira Səfərovanın COVID-19 virusuna klinikada yoluxduğu barədə yanlış informasiya yayılıb və iddialar tamamilə əsassızdır.