Atışmanın dərinləşib qızğın müharibəyə çevrilməsi haqda ekspertdən açıqlama

Memmedova Fidan 02/10/2020

Bildiyimiz kimi, cəbhədə vəziyyət yenidən gərginləşib. Cəbhədə vəziyyətin gərginləşməsi, əl-əlxüsus Ermənistanın Azərbaycanla dövlət sərhəddində-Tovuz istiqamətində təxribata əl atması anoloji hal almağa başlayıb. Bu münaqişənin kökü Ermənistanın ilk olaraq hücum planı işlətməsinə dayanır.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "XəbərBuro" saytına açıqlamasında bildirib ki, Ermənistanın dövlət sərhəddində xüsusilə təxribat törətməsinin məqsədi diqqəti Qarabağdan yayındırmaqdır:

"Ermənistanın Azərbaycanla sərhəddə təxribat yaratmasının səbəbi bəllidir. Diqqəti Qarabağdan yayındırmaq istəyirlər. Çünki, bilirlər ki, Azərbaycanın Ermənistana hücum etmək planı yoxdur. Azərbaycanın əsas hədəfi Dağlıq Qarabağı və onun ətraf rayonlarını azad etməkdir. Ona görə də hər dəfə bizim diqqətimizi yayındırmaq məqsədi ilə Tovuzda bizə problemlər yaratmağa çalışırlar. Amma anlamırlar ki, bu genişmiqyaslı müharibəni tezləşdirə, sürətləndirə bilər. Dövlət başçısı İlham Əliyev də çıxışında bunu vurğulayıb, qeyd edib ki, biz indiyənə qədər Ermənistana hücum etməmişik. Əgər bu təxribatlara cavab verilsə, Ermənistana hücum oluna bilər. Ümumiyyətlə müharibə genişmiqyaslı ola bilər. Dağlıq Qarabağdan tutmuş Tovuz, Naxçıvan istiqamətinə qədər döyüşlər gedə bilər. Ermənilər yəgin ona arxayındırlar ki, Rusiya onları dəstəkləyəcək, Rusiya onları qoruyacaq. Elə bu məqsədlə də Rusiyanın muzdlularını da Dağlıq Qarabağa gətizdiriblər. Üstəgəl PKK terrorçuları Dağlıq Qarabağda yerləşdirilib. Bütün bunlar Ermənistanın təxribatçı planlarının tərkib hissəsidir.

Məskunlaşdırma siyasəti, terrorçuların bölgəyə gəlməsi, danışıqların nəticə verməməsi toqquşma ehtimalını getdikcə artırır. Rusiya məsələsinə qalanda bildiyimiz kimi, iki dəfə döyüş oldu, iksinin də qarşısını Rusiya aldı. İmkan vermədi ki, Azərbaycan daha çox ərazilərini azad edib Ermənistanın mərhələli sülh planına son qoysun. Yenə də Rusiya mane olsa, proses yarıda dayanacaq. Ona görə də, Türkiyəylə əməkdaşlığı o səviyyəyə qaldırmalıyıq ki, Rusiya bizə mane olmasın.

İrana gəldikdə isə İranla bağlı da müəyyən suallar var. Ciddi suallardan biri budur ki, nəyə görə İran hava sahəsindən Rusiyanın Ermənistan ərazisinə hərbi yüklərin daşınmasına icazə verib? Bu birinci fakt.

Son məlumatlara görə isə PKK İraq və İran ərazisindən Dağlıq Qarabağa keçib, bu ikinci bir fakt. Bu məsələlərin İran tərəfindən doğruluğunun aydınlaşdırılmasını istəyirik. Əgər bu xəbərlər doğru deyilsə, İranın təkzib verməsi lazımdır. İran Azərbaycanı dəstəklədiyini hər zaman vurğulayır. İranlı diplomatlar, rəsmilər də bunu dilə gətirirlər. Amma bizdə yenə də İranın siyasəti ilə bağlı sualların sayı azalmır. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın da belə bir sözü vardı ki, İranla sərhəd açıq olmasaydı, Ermənistan Azərbaycanın qarşısında dayana bilməzdi. Biz istəyirik ki, İran Qarabağ məsələsinə, Azərbaycanın ərazi bütövlüyü məsələsinə Pakistan və Türkiyə qədər həssaslıq nümayiş etdirsin".