Aşura mərasimi keçirmək istəyənlər saxlanılıb

Məmmədzadə Zərintac 30/08/2020

 30 avqustda Bakının Nərimanov rayonu ərazisində bir qrup şəxsin “Aşura” mərasiminin keçirilməsinə dair toplaşdıqları müəyyənləşib.

"XəbərBuro" xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən olan məlumata görə, onları ərazidə xidmət aparan RPİ-nin əməkdaşları saxlayaraq polis bölməsinə gətiriliblər. Bu şəxslərlə izahedici söhbətlər aparılıb.

Xüsusi karantin rejimi qaydalarını pozaraq sosial məsafəni gözləmədiklərinə görə ümumilikdə 7 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib.