Astarada qaynaqçını maşın vurdu

Svetlana Mirzəyeva 18/07/2020

Astara rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"XəbərBuro"-nun  məlumatına görə, qəza Maşxan kəndində, Ələt-Astara-İran dövlət sərhədi avtomobil yolunda qeydə alınıb.

Belə ki, Astara rayonunun Şiyəkəran kənd sakini, 1963-cü il təvəllüdlü Yusif Yusif oğlu Babayev Lənkəran rayon sakini, 1982-ci il təvəllüdlü Elvin Allahverdi oğlu İbrahimovun idarə etdiyi "Mercedes" markalı avtomobil tərəfindən vurulub. Ağır dərəcəli bədən xəsarətləri alan Y.Babayev hadisə yerində ölüb. Onun ərazidə qaynaq işləri apardığı söylənilir.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.