Astarada güllələnmə hadisəsi baş verib!

Məmmədzadə Zərintac 15/06/2020

Astara rayonunun Ərçivan qəsəbəsində silahlı insident yaranıb.

"Report"a əsasən, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən gələn məlumata görə, qəsəbə sakini H.Əliyev münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə qardaşı C.Əliyevin ayaq nahiyəsini yaralayıb.

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən H.Əliyev saxlanılıb və ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb.

C.Əliyevə xəstəxanada ilkin tibbi yardım edilib.