Arvadını əvvəl “Range Rover”lə vurdu, sonra bıçaqlayıb öldürdü
Esed Abasli 24/03/2022

Goranboyda kişi arvadını qətlə yetirib.
Hadisə Dəliməmmədli şəhərində qeydə alınıb.
Belə ki, Goranboyun Qızılhacılı kənd sakini, 1977-ci il təvəllüdlü Süleymanov Mehman əvvəlcə idarə etdiyi “Range Rover” markalı maşınla həyat yoldaşı, 1985-ci il təvəllüdlü Məmmədova Əfsanəni vurub, daha sonra ona 3 bıçaq zərbəsi yetirib. Qadın çatdırıldığı xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.