Artıq orduya onlayn şəkildə yazılmaq olacaq

Məmmədzadə Zərintac 17/07/2020

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq və insanların sağlamlıq təhlükəsizliyini təmin etmək üçün müəyyənləşmiş tələblərə əməl olunması, respublikada və xaricdə yaşayan vətəndaşların rahatlıqlarının, müraciət imkanlarının daha əlçatanlığının, həmçinin çoxsaylı vətəndaş müraciətlərinin qeydiyyatının operativliyinin təmin olunması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yeni elektron xidmət istifadəyə verib.

“Xəbərburo" xəbər verir ki, könüllü olaraq orduda xidmət göstərmək istəyən vətəndaşlar xidmətin www.seferberlik.gov.az saytında aşağıdakı keçid vasitəsilə öz müraciətlərini elektron qaydada edə bilərlər.

https://exidmet.seferberlik.gov.az/Volunteer/Service