Arşak Karapetyan “Biz müharibəni uduzmamışıq, döyüşü uduzmuşuq"

Aynur 01/09/2021

“XəbərBüro” bildirir ki, Ermənistanın müdafiə naziri Arşak Karapetyan işgüzar səfər çərçivəsində bir sıra hərbi hissələrdə olub, orada əsgərlərin məişət şəraiti və onların peşə hazırlığının təşkili ilə tanış olub.

Bu barədə Ermənistan MN mətbuat xidməti məlumat yayıb.


Qeyd olunur ki, Karapetyan bölmələrdə tədris prosesi ilə də tanış olub, hərbi hissələrdə sosial-məişət şəraitinə, habelə hərbçilərin qidalanmasının təşkili şəraitinə xüsusi diqqət yetirib. O, həmçinin komandanlığa bunu nəzarətdə saxlamağı tapşırıb.


Bundan əlavə, müdafiə idarəsinin rəhbəri üç aylıq yığımların həyata keçirildiyi bir sıra sahələrdə də olub. Karapetyan ehtiyatçılarla görüşərək, onlarla söhbət edib.Armenian News portalı yazır ki, görüş əsnasındakı çıxışında "Biz müharibəni uduzmamışıq, döyüşü uduzmuşuq" deyə o hərbi qulluqçulara müraciət edib.