"Aqrar İnkişaf Könüllüləri" Təşkilatından aztəminatlı ailələrə daha bir yardım aksiyası

Esed Abasli 30/10/2020

Prezident yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi şurasının və Kənd Təsərrüfatı Nazirliyinin maliyyə dəstəyi ilə baş tutan “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının “Pandemiya dövründə aztəminatlı ailələrə kənd sovqatı məhsullarının paylanılması” layihəsinin icrası davam edir. 

"XəbərBuro" YoungPress.az-a istinadən xəbər verir ki,dünyada yayılmış COVİD-19 pandemiyası səbəbilə ölkədə tətbiq edilən xüsusi karantin rejimində Aqrar İnkişaf Könüllüləri bu istiqamətdə daha bir uğurlu aksiya yaradaraq “Pandemiya dövründə aztəminatlı ailələrə kənd sovqatı məhsullarının paylanılması” layihəsi çərçivəsində ərzaq yardımını davam etdirirlər. Könüllülər 20 regionda 200-dək ailəyə kömək edib.

Məlumat üçün bildirək ki, əvvəlki illərin də ənənəsi ilə bu layihə “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının uzunmüdətli davamlı layihəsidir. Layihənin məqsədi sosial məsuliyyət prinsipi əsasında yardıma ehtiyacı olan ailələrin müəyyən edilməsi, onlara psixoloji və maddi dəstəyin göstərilməsidir. Layihə çərçivəsində ölkənin bütün regionlarında müxtəlif ailələrin ehtiyacları nəzərə alınıraq dəstək göstərilir, həmçinin şəhid ailələri və ahıllar könüllülər tərəfindən mütəmadi ziyarət edilir.