Apteklərdə dərman qıtlığı ilə bağlı açıqlama

Leyla Aliyeva 20/07/2020

"Mən brifinqə gəlməzdən əvvəl bir neçə aptekə baş çəkdim. Orada vitaminlərin və hərarət salan dərmanların olub-olmamasını yoxladım".

"Xəbərburo" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov brifinqdə deyib. O bildirib ki, dərmanların olmaması halıyla rastlaşmayıb:

"Ola bilər ki,hansısa aptekdə depodan çatdırılmayla bağlı problem olsun. Ancaq ümumən dərman qıtlığı yoxdur".