Aprel ayı üzrə pensiya, müavinət, təqaüd və sosial yardım ödənişi yekunlaşdı

Esed Abasli 28/04/2020

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün 82 300 ailəyə (342 min nəfər) aprel ayı üzrə ünvanlı sosial yardım ödənişini həyata keçirib.

"XƏBƏRBURO" Nazirlikdən verilən məlumata istinadən bildirir ki, həmin ailələri təmsil edən, adlarına yardım vəsaiti köçürülən şəxslər evdən çıxmaq üçün müvafiq icazə əsasında həmin məbləği istənilən bankın, həmçinin, "Azərpoçt”un bankomatlarından və ya POS-terminallarından faiz tutulmadan ala bilərlər.

"Qeyd edək ki, ünvanlı dövlət sosial yardım proqramının əhatə dairəsi getdikcə genişləndirilir.

Aprelin 1-dən ünvanlı sosial yardımı alan ailələrin sayı 12 min, o cümlədən, ailə üzvlərinin sayı 50 min nəfər artıb.

Sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği də artmaqda davam edərək, 223 manata çatıb.

Beləliklə, aprel ayı üzrə bütün pensiya, müavinət, təqaüd və sosial yardım ödənişi yekunlaşıb”, - deyə məlumatda qeyd olunub.