Apple AirPods 3 qulaqlığı hansı dizayna sahib olacaq və nə zaman təqdim olunacaq?

Röya Vahabova 23/06/2020

Məşhur çinli analitik Ming-Chi Kuo naqilsiz Apple AirPods 3 qulaqlığə barəsində yeni proqnozunu verib. ''Xəbərburo" "technote.az"a istinadən bildirir ki, bu barədə Macrumors saytı xəbər verib. Analitikin verdiyi məlumata əsasən AirPods 3 qulaqlığı keçən ilin oktyabr ayında təqdim edilmiş AirPods Pro modelinin dizaynını əldə edəcək. Beləliklə AirPods 3 modeli dəyişdirilə bilən başlıqlara sahib olmalıdır.

    Bundan əlavə olaraq AirPods 3 modeli AirPods Pro kimi ətraf səs-küyün aktiv şəkildə boğulması özəlliyini və IPX4 standartı üzrə sudan və tərdən qorunma texnologiyasını əldə etməldiir. Analitikin proqnozuna əsasən Apple şirkəti AirPods 3 qulaqlıq modelini 2021-ci ilin birinci yarısında təqdim edəcək. O həmçinin qeyd edib ki, bu il təqdim olunacaq iPhone 12 modellərinin komplektlərində AirPods qulaqlıqları olmayacaq. Bu üsul ilə Apple şirkəti qulaqlıqların satışlarını daha da yüksəltmək istəyir.