Andrey Lukiç "Qarabağ"ın yaxşı komanda olduğunu, lakin qorxmadıqlarını bildirib

Məmmədzadə Zərintac 25/08/2020

"Fola Eş"lə oyunda çoxlu qol imkanlarımız olsa da, yüz faizlik epizodları dəyərləndirə bilmədik. Bu, gələcəkdə üzərində işləməli olduğumuz əsas çatışmazlıqdır".

"XəbərBuro" xəbər verir ki, bu sözləri "Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində sabah qarşılaşacağı Moldova "Şerif"inin futbolçusu Andrey Lukiç klubun rəsmi saytına açıqlamasında ələ düşən qol fürsətlərini boşa vermələri ilə bağlı danışarkən söyləyib.

Xorvatiyalı hücumçu deyib ki, Ağdam təmsilçisi ilə matçda bu amil nəzərə alınmalıdır: "Qarabağ" yaxşı komandadır. Onlara hörmət edirik, amma heç kimdən qorxmuruq. Bakıya oyunumuzdan zövq almaq və növbəti mərhələyə adlamaq üçün gəlmişik. Öz keyfiyyətimizə, komanda ruhuna və qələbəyə inanırıq".

Sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" matçı saat 20:00-da başlayacaq.