Analitik: Neftin qiyməti 60 dollaradək artacaq

Esed Abasli 29/04/2020

Bu ilin payızında neft bazarında sabit müsbət dinamika müşahidə ediləcək.

"XƏBƏRBURO"  Economics"in RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Ticarət və Sənaye Palatasının Enerji Strategiyası və İnkişaf üzrə Komitəsinin üzvü Rüstəm Tankayev deyib.

Onun fikrincə, bu ilin dekabr ayı üçün isə neftin bir barelinin qiyməti stabil göstərici – 60 ABŞ dolları səviyyəsinə çıxacaq.

R. Takayev neft qiymətlərindəki volatilliyi fərqli mal bazarlarında spekulyativ oyunlarla əlaqələndirir.