Amerikalı aktyor Con Sekson ölüb

Məmmədzadə Zərintac 26/07/2020

Amerikalı aktyor Con Sekson 83 yaşında vəfat edib. “XəbərBuro"  xəbər verir ki, bununla bağlı  “The Hollywood Reporter” məlumat bildirib.

Onun həyat yoldaşı Qloriyanın dediyinə görə, C. Seksonun ölümünə səbəb pnevmoniya olub.

 C.Sekson 1936-cı il 5 avqustdab Nyu-Yorkda anadan olub. 60 illik aktyorluq fəaliyyəti ərzində o, 200-dən çox filmə çəkilib. Aktyor daha çox “Appaluza”, “Əjdahanın çıxışı”, “Qarağaz küçəsində qarabasma” (üç hissə - 1984, 1987, 1994) və “Gün batandan səhərə qədər” filmləri ilə tanınıb.