Ambulator müşahidədə olanların sayı açıqlandı
20/07/2020

“3 həftə ambulator şəraitdə müalicə aparılır. Hazırda 12 862 vətəndaşımız ambulator müşahidə altındadır”.
“Xəbərburo" bildirir ki, bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib. O qeyd edib ki, onlardan 8000 nəfəri COVİD-19 nəticəsi mənfi olanlardır: “Onlarda xəstəlik olmadığı aşkar edildikdən sonra nəzarətdən çıxarılırlar. Yaxma götürmə sayı 6000-ə qədərdir”.
O, həmçinin bildirib ki, koronavirusa təkrar yoluxmanın rəsmi təsdiq olunmuş halı hələ ki, ölkəmizdə yoxdur.