Almaniya və İspaniya çətin qələbəyə sevindi

Məmmədzadə Zərintac 11/10/2020

Bu gün futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsində 3-cü turun oyunları olub. "XəbərBuro" xəbər verir ki, birinci dövrənin son turu çərçivəsində 4 qrup üzrə 7 oyun keçirilib.

İddialıların yer aldığı A liqasında Ukrayna Almaniyanı, İspaniya isə İsveçrəni qəbul edib. Hər iki oyunda favoritlər – Almaniya və İspaniya çətin qələbəyə sevinib.

Azərbaycan millisi C liqasında Monteneqronun qonağı olub və məğlubiyyətlə üzləşib. Eyni qrupun digər matçında Lüksemburqla Kipr görüşüb. Bu oyunda da meydan sahibləri qələbəni bayram edən tərəf olub.

Zəiflərin yer aldığı D liqasında hər iki qrupun matçları oynanılıb. Farer adaları Latviya, Andorra Malta ilə ev görüşündə qüvvəsini sınayıb. Bu oyunlarda qalib müəyyənləşməyib. Lixtenşteyn isə Cəbəllütariqi qonaq edib və minimal hesabla uduzub.

UEFA Millətlər Liqası
3-cü tur

10 oktyabr

A liqası, 4-cü qrup

Ukrayna – Almaniya 1:2
Qol: Malinovski, 77 – Ginter, 20. Qoretska, 49.

İspaniya – İsveçrə 1:0
Qol: Oyarzabal, 14.

İspaniya – 7

Almaniya – 5

Ukrayna – 3

İsveçrə – 1

C liqası, 1-ci qrup

Lüksemburq – Kipr 2:0
Qol: Sinani, 12; 26.

Monteneqro – Azərbaycan 2:0
Qol: Yovetiç, 9. İvanoviç, 71.

Monteneqro – 9

Lüksemburq – 6

Azərbaycan – 3

Kipr – 0

D liqası, 1-ci qrup

Farer adaları – Latviya 1:1
Qol: Faero, 28 – İkaunieks, 25.

Andorra – Malta 0:0

Farer adaları – 7

Latviya – 3

Malta – 2

Andorra – 2

D liqası, 2-ci qrup

Lixtenşteyn – Cəbəllütariq 0:1
Qol: De Barr, 10.

Cəbəllütariq – 6

Lixtenşteyn – 3

San Marino – 0