Almaniya Rusiyaya Navalnı məsələsinə dair cavab verəcək

Məmmədzadə Zərintac 25/09/2020

Almaniyanın Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatındakı (KSQT) daimi nümayəndəliyi Rusiyadan Aleksey Navalnıya dair vəziyyətlə əlaqədar aldığı notaya 10 gün ərzində cavablandıracaq.

“Qafqazinfo”ya əsasən "XəbərBuro" xəbər verir ki, bununla bağlı Almaniya hökumətinin rəsmi nümayəndəsinin müavini Martina Fitz açıqlama verib.

Rusiya Baş Prokurorluğunun məsələ ilə bağlı ikinci tələbinin baxılması üçün Berlin Ədliyyə Nazirliyinə göndərildiyi bildirilib.

Almaniya hökuməti, Navalnı məsələsi ilə əlaqədar əlavə addım atmağa ehtiyac görmədiklərini də vurğulayıb.

Bu yaxınlarda Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Rusiyanın Almaniya və KSQT-na Navalnı ilə bağlı göndərdiyi sorğulara cavab gəlmədiyini açıqlamışdı.