Alimlər koronavirusu öldürən maska hazırlayıblar

Məmmədzadə Zərintac 25/07/2020

Lissabonun Joao Lobo Antunes adına Molekulyar Tibb İnstitunun alimləri koronavirusu neytrallaşdıran “MoxAdTech” adlı qoruyucu maska hazırlayıblar.

"XəbərBuro" xəbər verir ki, bununla bağlı İspaniyanın “La Razon” qəzeti yazıb.

Təkrar istifadəsi mümkün olan  maska sukeçirməz bir neçə qatdan ibarətdir. Maskanın unikallığı koronavirusu neytrallaşdırması və öldürməsidir.

“MoxAdTech”in kliniki sınaqlarından keçən bu vasitənin adi maska ilə müqayisədə 99 faiz effektli olduğu bildirilib. Bundan əlavə, maskanı yumaq və təkrar istifadə etmək olur.