Ali Məhkəmənin sədri icraatda olan məsələlərdən DANIŞDI

Esed Abasli 19/02/2021

“2020-ci ildə Ali Məhkəmənin icraatında 2019-cu ilə nisbətən az iş olub”.

Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayevin sədrliyi ilə keçirilən iclasda bildirilib.

O bildirib ki, bu səbəbdən baxılmış işlər - Mülki Kollegiyada 34,6 faiz, Kommersiya Kollegiyasında 47,4 faiz, İnzibati Kollegiyada 29,5 faiz, Cinayət Kollegiyasında 41 faiz azalıb:

“Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 29,9 faiz azalıb. Plenumda 2019-cu ildə 21 işə baxıldığı halda, 2020-ci ildə cəmi 16 işə baxılıb”. R.Rzayev qeyd edib ki, Ali Məhkəməyə edilən müraciətlərdə də azalma müşahidə olunub: “Bütün bu azalmalar Azərbaycanda indi də davam edən pandemiya şəraiti ilə əlaqələndirilib”.