Ali Hərbi Məktəbin Vətən müharibəsində iştirak etmiş kursantlarının sayı açıqlandı

Mükafat İsazadə 11/02/2021

Vətən müharibəsində Ali Hərbi Məktəbin müəllim-zabit, komandir heyəti ilə yanaşı 4-cü kursda təhsil alan kursantlar da iştirak edib. Bu kursda oxuyanlara “kiçik leytenant” hərbi rütbəsi verilmişdi”.


"XəbərBüro"  məlumat verir ki, bunu jurnalistlərə açıqlamasında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi, general-mayor Fizuli Salahov deyib.


Onun sözlərinə görə, Vətən müharibəsində qazanılan qələbədə iştirak edən məktəbin 600 nəfərə yaxın hərbi qulluqçusundan 10 nəfər şəhid olub, 23 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıblar:


“Şəhid olanlardan beşi zabit müəllimlər, beşi isə 4 kursdan müharibəyə göndərilən kiçik leytenantlardır. Ali Hərbi Məktəbin müəllimi, şəhid polkovnik Nudirəliyev Zaur İsmayıl oğlu “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb”.