Aleksey Navalnıya dair xəbər var

Məmmədzadə Zərintac 20/08/2020

Aparılan tədqiqatların nəticələri əsasında həkimlər Rusiyada müxalifət lideri Aleksey Navalnıyda insult, infarkt və ya koronavirus da daxil infeksion yoluxma əlamətləri aşkarlamayıblar.

“XəbərBuro" xəbər verir ki, bu haqda Omsk 1 saylı Təcili Tibbi Yardım Xəstəxanasının baş həkiminin müavini Anatoli Kaliniçenko söyləyib.

Bu gün Navalnıyın uçduğu Moskvadan Tomsk şəhərinə reys yerinə yetirən təyyarə onun zəhərlənməsi səbəbindən təcili Omsk şəhərinə enib.  Müxalifət liderinə qoyulan ilkin diaqnozun naməlum psixodisleptik (halüsinasiyaya səbəb ola biləcək maddələr) kəskin zəhərlənmə olduğu vurğulanıb. Siyasətçinin mətbuat katibi Kira Yarmışın dediklərinə  görə, Aleksey Navalnıy ikinci dərəcəli komadadır.