Aleksandr Səmədov karyerasını bərpa edib
Məmmədzadə Zərintac 07/08/2020
Futbol üzrə Rusiya millisinin və Moskva “Spartak”ının sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov karyerasını bərpa edib.
"Qafqazinfo" xəbər verir ki, keçən ilin avqsutunda futbola qayıdan və yerli “Znamya” klubu ilə müqavilə bağlayan əslən azərbaycanlı futbolçu artıq ilk rəsmi oyununa da çıxıb.
36 yaşlı Səmədov Rusiya Kubokunun 1/256 final mərhələsinin “Znamya Truda” ilə matçında forma geyinib. Görüş Səmədovun komandasının 1:0 hesablı qələbəsi ilə bitib.
Roman Pavlyuçenko, Aleksandr Şeşukov və Renat Yanbayevlə eyni komandada olmasının karyerasını bərpa etməsində rol oynadığını deyən Səmədov Premyer Liqa və ya Milli Futbol Liqasından təklif gələcəyi halda, bunu qəbul etməyəcəyini söyləyib.