
Aleksandr Fomin: “Birgə Mərkəz Dağlıq Qarabağda daimi sülhün bərqərar olmasına cavabdehdir”
30/01/2021

“Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistan baş nazirinin səyləri ilə münaqişə dayandırıldı”.
Oxu.Az-ın müxbiri xəbər verir ki, bunu Rusiya Müdafiə nazirinin müavini Aleksandr Fomin Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışında deyib.
O bildirib ki, sülh bəyanatı Rusiya sülhməramlıların Qarabağda sülh missiyasını həyata keçirməyə imkan yaradıb. “Rusiya sülhməramlıları bölgənin minalardan təmizlənməsi, əsirlərin mübadiləsi və qaçqınların geri qaytarılmasına məsuldur”.
“Birgə Mərkəz vasitəsilə Rusiya və Türkiyə regionda sülhü, sabitliyi qorumaq üçün əlindən gələni etməlidir, Dağlıq Qarabağda daimi sülhün bərqərar olması üçün səylər göstərməlidir”,-deyə o əlavə edib.
Related Articles




Azərbaycanla Rusiya arasında pensiya təminatı ilə bağlı müqavilə təsdiqlənib



“Əliyevlə ikitərəfli əlaqələrimizi nəzərdən keçirdik” - Türkiyə Prezidenti







Deputat: “Rusiyanın hərbi-siyasi rəhbərliyi Azərbaycandan üzr istəməlidir”




Çavuşoğlu: “Türkiyə Putinlə Zelenskinin görüşünü təşkil etməyə hazırdır”

Rusiyanın SWIFT-dən ayrılması 3-cü sanksiyalar paketinə daxil edilə bilər

Prezident İlham Əliyev Moldova parlamentinin sədri ilə videoformatda görüşüb
