Aİ ümid edir ki, münaqişə tərəfləri arasında görüşlər bərpa ediləcək

Məmmədzadə Zərintac 17/06/2020

“Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrdəki münaqişələr Avropa İttifaqını narahat edir”.

“Report”a əsasən, bu barədə “Şərq Tərəfdaşlığı” sammiti ilə bağlı Brüsseldə keçirilən mətbuat konfransında bildirilib.

Qeyd edilib ki, Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar tərəflərlə əlaqə saxlayır, lakin COVID-19 pandemiyası dövründə fiziki görüşlər üçün imkan olmadığına görə iş aparmaq çətindir.

Mətbuat konfransında məlumat verilib ki, T.Klaar  ümid edir ki, münaqişələr gərginləşməyəcək: “Son üç ay ərzində Avropa İttifaqı bəzi gərginliklərin qarşısını ala bilsə də, ciddi problemlər qalmaqdadır. Ümid edirik ki, müxtəlif formatlarda fiziki görüşlər bərpa olunacaq. Hazırkı mərhələdə yeni ideyalar yoxdur, lakin onlar mütləq olacaq”.