“Ağdərə Azərbaycan ərazisidir, yaxşı eləyib gedib”

Aynur 27/08/2021

 Deputat Aqil Abbas: "MAXE-miz Gəncədəki xəstəxanadan çıxıb Ağdərəyə gedib. Ora necə gedib, bunu bilmirik, haqqında dəqiq bir məlumat yoxdur. Ağdərə Azərbaycan ərazisidir, yaxşı eləyib gedib, insandır da.Hər gün mətbuatdan oxuyuruq ki, kimsə azad olunmuş ərazilərə qanunsuz gedib. Həmin şəxsə neçə sutka iş verirlər. O da Ağdərəyə gedib. Hərbçimizi orada qandallayıb, barəsində cinayət işi qaldırıblar. Ən dəhşətlisi odur ki, onların qondarma Milli Təhlükəsizlik Xidməti deyir ki, həmin hərbçi guya “Arsax”ın sərhəddini keçib. “Arsax”ın sərhəddi var?Bu nə deməkdir?


Rus sülhməramlıları hələ də susur. Onlar nə işə yarayırlar. Ən pisi budur, MN deyir ki, onun haqqında cinayət işi qaldırmışıq. Nəyə görə cinayət işi açılır? Xəstəxananı öz başına tərketməyə görə cinayət işi açılır? Yaxud da Azərbaycanın hansısa bölgəsinə gedənlərə cinayət işi qaldırırlar?


Bundan başqa, rus sülhməramlılarının qarşısında ciddi məsələlər qoyulmalıdır, ultimatium verilməlidir. Ya işinizi görün, ya da çıxın gedin”.