Ağdaşda yol-nəqliyyat hadisəsi baş verib

Məmmədzadə Zərintac 15/09/2020

Ağdaşda 4 nəfərin xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi olub.

"XəbərBuro" xəbər verir ki, Tovuz rayon sakini, 1963-cü il təvəllüdlü Mürsəlov Aydın Mürsəl oğlu idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili ilə hərəkət zamanı idarəetməni itirərək aşırıb.

Qonaq gedərkən qəzaya düşən sürücü və sərnişinləri - Tovuz rayon sakinləri, 1976-cı il təvəllüdlü Ələkbərov Emin Ramazan oğlu, 1959-cu il təvəllüdlü Gülməmmədova Ayşən İlham qızı, 1991-ci il təvəllüdlü Kərimov Rafiq Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə, Ağdaş və Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.