Ağdamlıların doğma şəhərlərinə növbəti səfəri təşkil olunub.

Aynur 12/09/2021

Ağdam rayon sakinlərinin işğaldan azad olunmuş Ağdam şəhərinə növbəti səfəri başlayıb.


"XəbərBüro" xəbər verir ki, Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təşkil etdiyi səfər zamanı sakinlər doğma şəhərlərində müxtəlif məkanları, o cümlədən cümə məscidini, İmarət kompleksini, dram teatrının və çörək muzeyinin qalıqlarını, eləcə də Qiyaslı məscidini və Şahbulaq qalasını ziyarət edəcəklər.


Qeyd edək ki, Ağdam sakinlərinin doğma şəhərlərinə ilk səfəri sentyabrın 5-də təşkil olunub.