Ağdam kəndinin elektrik xətləri bərpa edilib

Məmmədzadə Zərintac 14/07/2020

Cəbhə xəttində baş verən son hadisələrlə bağlı “Azərişıq” ASC-də Xüsusi Qərargah yaradılıb. “Azərişıq” ASC rəhbərinin sərəncamı ilə xüsusi işçi qrupu yaradılıb və təmas xətti boyunca yerləşən yaşayış məntəqələrində növbətçilik əsasında əməkdaşlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.

"Qafqazinfo"ya əsasən "Xəbərburo" xəbər verir ki, “Azərişıq” ASC Mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev məlumat verib ki, bütün cəbhə boyu rayonlarda xüsusi əhəmyyətli binalar əlavə olaraq generatorlarla təmin edilib. Təmas xəttində yerləşən rayonlara ehtiyat transformatorlar, naqillər, dayaqlar, ehtiyat hissələri və böyük həcmdə əlavə mal- material göndərilib. Məqsəd ən çətin məqamlarda belə vətəndaşlarmızı fasiləsiz və dayanıqlı şəkildə elektrik enerjisi ilə təmin etməkdir. Sərhəd rayonlarına ezam olunan “Azərişıq” ASC-nin rəhbər heyyəti vəziyyətə yerindəcə nəzarət edir və mütamadi olaraq əməkdaşları təlimatlandırır.

Tovuzun Ağdam kəndinə erməni silahlı qüvvələrinin atdıqları mərmilər bəzi yerlərdə elektrik enerjisi xətlərinin zədələnməsi ilə nəticələnib. Ərazidə olan “Azərişıq” ASC əməkdaşları operativ şəkildə elektrik xətlərini təmir edib. Hazırda kəndin elektrik enerjisi ilə təminatında heç bir problem müşahidə olunmayıb.