Ağcabədidə yük avtomobili yanıb
30/08/2020

"XəbərBuro" xəbər verir ki, Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndində "Qazel" markalı yük avtomobilinin yanar hissələri yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.