Afrikada koronavirusa yoluxanların sayı 33 mini ötdü

Esed Abasli 28/04/2020


Afrikada 33 mindən çox insanda koronavirus infeksiyası aşkarlanıb.

“XƏBƏRBURO” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Regional nümayəndəliyi məlumat yayıb.

“Afrika qitəsində 33 mindən çox koronavirusa yoluxma faktı qeydə alınıb. 10 mindən çox sağalmanın olduğu bildirilsə də, virusdan ölənlərin sayı 1 400-ü ötüb”, - nümayəndəliyin “Twitter” səhifəsində yazılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 075 000-i ötüb. Bunların 925 123 nəfəri sağalıb, 211 778 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.