AFFA təzə hakimləri təsdiqləyib

Məmmədzadə Zərintac 02/07/2020

AFFA-nın Hakimlər Komitəsi 2020/2021-ci il mövsümündə Azərbaycan Premyer Liqası və Birinci Divizionda fəaliyyət göstərəcək bir neçə yeni referi və referi köməkçisini təsdiq edib.

"Report"a əsasən "Xəbərburo" xəbər verir ki, mingəçevirli referi Rəşad Əhmədov Premyer Liqaya cəlb olunub. Kamran Bayramov isə elitada referi köməkçisi funskiyasını icra edəcək.

Premyer Liqa, referi:

Rəşad Əhmədov

Premyer Liqa, referi köməkçisi:
Kamran Bayramov

Birinci divizion, referi:
Tural Qurbanov

Birinci divizion, referi köməkçiləri:
Hidayət Feyzullayev
Tərlan Talıbzadə
Vüsal Məmmədov