ADNSU-da magistratura qəbulu üçün onlayn platforma təqdim olunub

Leyla Aliyeva 06/07/2020

2020/2021-ci tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) magistratura təhsili pilləsinə yeni qəbul olmuş tələbələrin sənədlərinin qeydiyyat prosesinin koronavirus pandemiyası ilə əlaqədar elan olunmuş karantin rejimi şəraitində onlayn formada həyata keçirilməsi üçün http://admission.asoiu.edu.az/  saytını istifadəyə verib.  “Xəbərburo” bildirir ki, ADNSU-nun Magistratura təhsili pilləsinə qəbul olunmuş tələbələr saytdakı müvafiq formanı dolduraraq sənədlərini universitetə təqdim edə bilərlər. Sayt 3 dildə – Azərbaycan, ingilis və rus dillərindədir.

Qeydiyyat prosesi 6 iyul saat 10:00-dan başlanır və 15 iyul saat 17:00-dək davam edəcək.