Adama Traore koronavirusa qalib gəldi

Leyla Aliyeva 06/09/2020

İspaniya milli komandasının və “Vulverhempton”un futbolçusu Adama Traore koronavirusa qalib gəlib.

"XəbərBuro" xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçinin koronavirus testinin nəticəsi mənfi olub.

Bu haqda İspaniya milli komandasının mətbuat xidməti məlumat yayıb. Traore artıq millinin məşqlərinə qoşulub.

Millətlər Liqasının ilk turunun Almaniya ilə oyunundan (1:1) əvvəl Traorenin koronavirus testi müsbət çıxmış və yığmanın heyətindən çıxarılmışdı.