Abşeronda qəza baş verib
18/08/2020

Abşeronda bir neçə nəfərin xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.
“XəbərBuro” xəbər verir ki, hadisə rayonun Höküməli qəsəbəsində qeydə alınıb.
İki avtomobilin toqquşması ilə Mahmudova Kəmalə Bəxtiyar qızı, Mahmudova Məleykə Babək qızı və Əhmədov Loğman İsa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya aparılıblar.
Fakta dair araşdırmalar davam etdirilir.