ABŞ və Kanada öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırdı

Esed Abasli 06/03/2022

Amerika Birləşmiş Ştatları və Kanada öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb.

Bu barədə ABŞ Dövlət Departamenti və Kanada Xarici İşlər Nazirliyinin müvafiq bəyanatında bildirilib.

Xüsusilə də hər iki qurum öz vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə edir.

“Rusiya hərbçilərinin Ukraynaya əsassız hücumu, Rusiya təhlükəsizlik rəsmiləri tərəfindən ABŞ vətəndaşlarının təqib edilməsi ehtimalı, səfirliyin Rusiyadakı ABŞ vətəndaşlarına yardım imkanlarının məhdud olması, terrorizm, bu ölkəyə uçuşların məhdudlaşdırılması səbəbindən Rusiya Federasiyasına səfər etməyin”, - ABŞ Dövlət Departamentinin məlumatında deyilir.

Kanada Xarici İşlər Nazirliyi də öz vətəndaşlarına müvafiq müraciətlər dərc edib.

“Hazırda Rusiyadasınızsa, kommersiya səyahət imkanları hələ də mövcud olduğu halda dərhal oranı tərk etməlisiniz”, - nazirliyin bəyanatında deyilir.