ABŞ Senatının komitəsi 95 ədəd F-35 təyyarəsinin alınmasına razılıq verib

Togrul Quliyev 12/06/2020

ABŞ Senatının Silahlı Xidmətlər Komitəsi ölkənin 2021-ci il üçün müdafiə büdcəsində qeyd olunan 9.1 milyard dollar dəyərində 95 ədəd F-35 təyyarəsinin alınmasına razılıq verib.

XeberBuro.com Ordu.az-a isitinadən xəbər verir ki, bu barədə Senatın mətbuat xidməti məlumat yayıb.

Qeyd olunan təyyrələrin sayı Tramp administrasiyasının tələbindən çoxdur. Belə ki, adminstrasiya 14 ədəd F-35-lərin alınmasını nəzərdə tutmuşdu.

Senat komitəsi, həmçinin ABŞ Hərbi Hava Qüvvələrinə Türkiyəyə satılmalı olan altı ədəd F-35 təyyarəsini saxlamağa icazə verib.