ABŞ Sakit okean bölgəsinə B-21 bombardmançısı yerləşdirmək niyyətindədir

Togrul Quliyev 30/06/2020

ABŞ Sakit okean bölgəsinə B-21 stels bombardmançısı yerləşdirmək niyyətindədir.

XəbərBuro Ordu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə nazirinin Hind-Sakit okean bölgəsində təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsini icra edən David Helvey məlumat verib.

O qeyd edib ki, bu addımın atılmasında məqsəd bölgədə texniki üstünlüyü təmin etmək, lazım gələrsə, potensial düşmənləri risk altında saxlamaqdır.

Bombardmançıların yerləşdirilməsi planı Halvey tərəfindən hazırlanıb. Plan ABŞ-ın bölgədəki nəzarət aktivlərinin, sualtı qayıqların və stels bombardmançıların inteqrasiyasını nəzərdə tutur.