ABŞ prezidenti ölkənin tarix boyu etdiyi ən böyük səhvi deyib

Məmmədzadə Zərintac 04/08/2020

ABŞ Prezidenti Donald Tramp ölkənin tarixi boyu etdiyi ən böyük səhvi söyləyib.

“XəbərBuro” xəbər verir ki, Tramp bununla bağlı  HBO YouTube kanalında yayımlanan “Axios” verilişinə verdiyi müsahibədə danışıb.

“Yaxın Şərqə qoşun göndərmək və özümüzü bölgədəki münaqişələrə sürükləmək qərarı ölkəmizin tarixində ən böyük səhv idi”,- Tramp deyib.

Trampın fikrincə, öncəki ABŞ liderləri ümumiyyətlə Yaxın Şərqə “gəlməməli” idilər. Prezident özünün də bu bölgədəki insanların təhlükəsizliyini təmin etmək yolunda çox şey etdiyini və İŞİD lideri Əbu Bəkr əl-Bağdadini aradan götürdüyünü xatırladıb.

Tramp dəfələrlə ABŞ-ın Yaxın Şərqdəki silahlı münaqişələri öz iştirakı ilə sonlandırmaq istədiyini bildirib.