ABŞ polisi yenə bir qaradərilini öldürüb

Məmmədzadə Zərintac 01/09/2020

ABŞ-da polis yenə bir qaradərili şəxsi qətlə yetirib.

“XəbərBuro” xəbər verir ki, Los-Anceles şəhərində qanunsuz şəkildə velosiped sürdüyü iddia edilən 29 yaşlı Dijon Kizzi polisin “dayan” əmrinə rəğmən qaçıb. Dijonun qaçarkən əlindən saldığı əşyalarının arasında silah olub və bunu görən polis ona atəş açıb.

Los-Anceles polis rəisi Brandon Dinin sözlərinə görə, Dijon velosipedini qoyub qaçarkan polis əməkdaşlarından birinin üzünə yumruq da vurub.

Baş vermiş hadisədən sonra Los-Ancelesdə növbəti aksiyalar başlayıb.

Mayda polis daha bir qaradərilini – Corc Floydu atəş açaraq öldürmüşdü. Buda ölkədə kütləvi etirazlara səbəb olmuşdu.