ABŞ neftinin qiyməti mənfiyə düşüb.
Esed Abasli 20/04/2020
Nyu-Yorkun "Nymex" əmtəə birjasında WTI markalı ABŞ neftinin may fyuçers qiymətləri mənfiyə düşüb.
“XƏBƏRBURO” xəbər verir ki, Bakı vaxtı ilə saat 22:35-ə olan məlumata görə, bu markalı neftin bir barelinin qiyməti -13,98 ABŞ dollarına düşüb.
Dünya bazarında Birləşmiş Ştatların nefti olan Qərbi Texas neftinin (WTI - West Texas Intermediate) bir barelinin qiyməti 1 ABŞ sentinə düşüb.
“XƏBƏRBURO” xəbər verir ki, ümumilikdə son saatlarda 99% geriləyib.“Brent” markalı neft isə 8%-dək geriləyərək, 26 ABŞ dolları/barelə düşüb. Qeyd edək ki, bu, son 21 ilin ən aşağı göstəricisidir.