ABŞ koronavirusu sağaldan dərmanın 3 aylıq ehtiyatını satın alıb

Məmmədzadə Zərintac 01/07/2020

ABŞ koronavirusun müalicəsi üçün təsdiqlənən Remdesivir dərmanının üç aylıq ehtiyatını satın alıb.

“Qafqazinfo”ya əsasən "Xəbərburo" xəbər verir ki, bununla bağlı  “The Guardian” qəzeti yazıb.

“Onlar praktiki olaraq preparatın, demək olar ki, əksəriyyətini satın alıblar. Avropa üçün heç nə qalmayıb”, - deyə Liverpul universitetinin elmi əməkdaşı Endryu Hill bildirib.

Nəşrin məlumatına görə, mənası belədir ki, yaxın zamanlarda heç bir ölkə lazımi  qədər preparat ala bilməyəcək.

Vurğulayaq ki, Remdesivir dərmanını qəbul edən koronavirus xəstəsi 4 günə sağalır. Bir pasiyentə lazım olan dərman kursunun məbləği isə 2 min dollardan çoxdur.