ABŞ İsraildən iki “Dəmir Günbəz” sistemi alacaq

Togrul Quliyev 13/06/2020

ABŞ ordusu dekabr və fevral aylarında İsrail istehsalı iki “Dəmir Günbəz” raketdən müdafiə sistemləri əldə edəcək.

XeberBuro.com Ordu.az-a istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin hava və raket hücumundan müdafiə siyasəti üzrə rəsmisi general Briyan Qibson da məlumatı təsdiqləyib.

Bildirilir ki, sistemlər sınaq üçün alınacaq və alındıqdan sonra Nyu Meksikadakı “White Sands” raket silsiləsində sınaqdan keçiriləcək.

Sınaqların uğurlu olacağı təqdirdə, raketdən müdafiə sistemlərindən istifadə olunmağa başlanılacaq.