ABŞ-ın Əfqanıstandan qoşunların bir hissəsini çıxarmaqla bağlı planı yekunlaşmaq üzrədir

Togrul Quliyev 28/06/2020

ABŞ hökumətinin Əfqanıstandakı 4000-dən çox amerikalı hərbi qulluqçunun çıxarılması ilə bağlı planı artıq yekunlaşmaq üzrədir.

XəbərBuro Ordu.az-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı Tramp administrasiyasının iki rəsmisinə istinadən məlumat yayıb.

Qeyd edək, bir neçə gün öncə ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Kennet Makkenzi ABŞ-ın Əfqanıstandakı qoşunlarının sayını 8,600-ə endirəcəyini və Dohada imzalanan ABŞ-“Taliban” müqaviləsində göstərilən planlı geri çəkilmənin ilk mərhələsini yerinə yetirəcəyini bildirib.

Qeyd edək ki, ABŞ “Taliban”la imzaladığı müqaviləyə əsasən gələn ilin aprelinə qədər bütün qüvvələrini Əfqanıstandan çıxartmağı öhdəsinə götürüb.

Qoşunların dəqiq nə vaxt geri çəkiləcəyi barədə məlumat verilməyib.