ABŞ-ın açıqlamasından sonra neftin qiyməti ucuzlaşıb

Məmmədzadə Zərintac 24/06/2020

ABŞ-ın Energetika Nazirliyi  ölkədəki neft ehtiyatları və hasilat açıqladıqdan sonra dünya bazarında “qara qızıl”ın qiyməti təxminən 4,5% ucuzlaşıb.

“Xəbərburo” xəbər verir ki, Brent markalı neftin bir barelinin qiyməti 4,46% ucuzlaşaraq 40,73 dollar olub. WTI markalı neft isə 4,63% ucuzlaşma ilə bir barelə görə 38,5 dollar təşkil edib.

Bildirək ki, ABŞ-ın Energetika Nazirliyi ölkədə neft ehtiyatlarının 540,7 milyon barelədək artdığı haqda məlumat yayıb. Bunlarla yanaşı,  ABŞ-da 11 həftə ərzində ilk dəfə neft hasilatı 500 min barel artaraq 11 milyona çatıb.